Azərbaycan Prezidentinin köməkçisi: “Nikol Paşinyan siqaret mafiyasına nəzarət edir”

Azərbaycan Prezidentinin köməkçisi: “Nikol Paşinyan siqaret mafiyasına nəzarət edir”
  • Clock-gray 12:37
  • calendar-gray 29 Avqust 2020

“Ermənistanın Baş Naziri yenə də münaqişənin və Tovuz hadisələrinin mahiyyətini təhrif edib. Ermənistan münaqişənin hərbi həllinin olmadığını deyirsə, ilk növbədə, işğala son qoymalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan təcavüzkar dövlətdir: “Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaqarası qələbə kimi təqdim etməyə çalışır. Tovuz hadisələri əvvəlcədən planlaşdırılmış təcavüz aktı idi. Ancaq Ermənistan heç bir məqsədinə nail olmadı. Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi məqsədi yoxdur. Əsas sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Ermənistan silahlı bölmələri geri oturduldu. Bu gün də itkilərini gizlədirlər. Buna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Nikol Paşinyan iddia edir ki, Tovuz hadisələri Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının keyfiyyətini göstərdi. Ancaq Ermənistanda nə istehsal olunduğu məlumdur”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Tovuz hadisələrini törətməkdə məqsəd Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaqdır: “Nikol Paşinyan Soros Fondunun parlaq yetirməsidir”.

H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və digər metallar çıxarılaraq istismar edilir: “Nikol Paşinyan siqaret mafiyasına da nəzarət edir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər