Ermənistanla informasiya müharibəsi şəraitinə görə coğrafi obyektlərin adlarının transliterasiyası qaydası qəbul edilib

Ermənistanla informasiya müharibəsi şəraitinə görə coğrafi obyektlərin adlarının transliterasiyası qaydası qəbul edilib
# 18 dekabr 2020 18:39 (UTC +04:00)

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası qaydası məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları” beynəlxalq istifadə üçün nəzərdə tutulan kartoqrafik və digər çap məhsullarının nəşri zamanı Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan dilindəki yazılış formasının rus əlifbasına transliterasiyasının üsul və yollarını müəyyənləşdirir.

Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması tapşırığının icrasının təmin edilməsində sözügedən Qaydalarda nəzərdə tutulmuş normalara istinad edilib. Həmin tapşırığın icrası ilə bağlı AMEA tərəfindən Milli Transliterasiya Sistemini təşkil edən 7 dilin (rus, ingilis, fransız, italyan, alman, ispan və fars) əlifbaları arasında transliterasiya cədvəlləri dövlət qeydiyyatına alınması üçün AMEA tərəfindən Azərbaycan Standartlaşdırma İnstitutuna göndərilib.

Uzun illərdir işğal altında olan torpaqlarımızın güclü ordumuzun hərbi müdaxiləsi və Azərbaycan Respublikası Prezidentinin dəqiq və düşünülmüş siyasi addımları nəticəsində Azərbaycana geri alınması qarşıda çox böyük işlərin görülməsini zəruri edir. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının dünya dilləri səviyyəsində düzgün və bir qaydada qəbul edilməsi ilkin olaraq əsas işlərdən biri hesab edilə bilər. Belə ki, Ermənistanla davam edən informasiya müharibəsi şəraitində Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının transliterasiyası məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələnin əhatə dairəsinin genişliyini və əhəmiyyətini nəzərə alaraq müvafiq Qaydaların təsdiq edilməsi çox zəruri hesab edilmiş və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununa əsasən mütəxəssislər tərəfindən hazırlanmış layihələr Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR