İlham Əliyev: "Azərbaycan dövləti əlindən gələni edəcək ki, keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qayıtsın"

İlham Əliyev: "Azərbaycan dövləti əlindən gələni edəcək ki, keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qayıtsın"
  • Clock-gray 14:54
  • calendar-gray 07 Yanvar 2021

“Planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Prezident qeyd edib ki, 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır: “Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.

İl başlayıb, bizim hamımıza uğurlar, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək”.

apa-logo-mini

Digər xəbərlər