Lavrov: “Həmsədrlər növbəti ay Bakı və İrəvana səfər etməyi planlaşdırırlar”

Lavrov: “Həmsədrlər növbəti ay Bakı və İrəvana səfər etməyi planlaşdırırlar”
# 26 avqust 2020 18:01 (UTC +04:00)

“Həmsədrlər növbəti ay regiona - Bakı və İrəvana səfər etməyi planlaşdırırlar”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

S. Lavrov bundan başqa, həmsədrlərin köməyi ilə hansısa mərhələdə Xarici İşlər nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirib.

“Lakin bu planların baş tutması üçün situasiyanın normalılaşdırması baxımından artıq Dağlıq Qarabağ və ətraf ərazilərdə deyil, Ermənistan-Azərbaycan sərhədində hansısa insidentləri dayandırmaq vacibdir. Biz ümid edirik ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı ölkələrlə, Azərbaycan və Ermənistandan olan dostlarımızla buna hər cür yardım göstərəcəyik”, - deyə rusiyalı nazir vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR