Prezident İlham Əliyev və Mehriban Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar

Prezident İlham Əliyev və Mehriban Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar
  • Clock-gray 12:29
  • calendar-gray 16 Mart 2021

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar. 

APA-nın xəbərinə görə, dövlət başçısı deyib: “Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir”.

apa-logo-mini

Digər xəbərlər