Ərdoğan: "Bundan sonra Azərbaycanla daha yaxın, çox daha güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birlikdə inşa edəcəyik”

Ərdoğan: "Bundan sonra Azərbaycanla daha yaxın, çox daha güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birlikdə inşa edəcəyik”
# 11 noyabr 2020 15:30 (UTC +04:00)

“Ermənistanın son döyüşlərdə davamlı olaraq yaşayış məntəqələrini hədəf alaraq mülki insanların həyatını itirməsinə yol açan cinayətlərinin əksinə olaraq, imzalanan son anlaşma ilə artıq heç bir mülki şəxsin zərər görməməsi təmin olunacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan dövləti də bu günə qədər olduğu kimi, bundan sonra da heç bir mülki şəxsin ziyan çəkməyəcəyi öhdəliyini zatən üzərinə götürüb: “İşğal edilmiş torpaqların və Qarabağın azadlığına qovuşması prosesində canla-başla səy göstərən hərbi və kəşfiyyat məsləhətçilərimizlə diplomatlarımıza şəxsim, millətim adına təşəkkür edirəm. Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamımızın rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər Paşanın, Nuru Paşanın, Zeynalabdin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Ümummilli lider Heydər Əliyevin xatirələri şad olub. Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qüruru qürurumuzdur. İnşallah, bundan sonra Azərbaycanla daha yaxın, çox daha güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birlikdə inşa edəcəyik. Bölgəmizdə və dünyamızda yaşanan dəyişiklik prosesində ölkələrimizi iki qardaş olaraq, əl-ələ verərək birlikdə yüksəldəcək, hədəflərimizə birlikdə çatacağıq. Bu proses dövründə İlham Əliyev qardaşımla demək olar ki, davamlı hər gün danışmaq, məlumat almaq imkanı qazandıq. Beləliklə, bu həyəcanı da birlikdə yaşadıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR