Siyavuş Novruzov parlamentdə Qarabağ komitəsinin yaradılması təklifinə münasibət bildirib

Siyavuş Novruzov parlamentdə Qarabağ komitəsinin yaradılması təklifinə münasibət bildirib
# 30 sentyabr 2019 13:25 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə Qarabağ komitəsinin yaradılması barədə deputat Tahir Kərimlinin təklifinə münasibət bildirib.

APA-nın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edən S. Novruzov deyib ki, Heydər Əliyevin dönəmində də Qarabağ məsələsi ilə bağlı müzakirə olub, hər kəs təklif verməyə dəvət edilib, ancaq hər hansı təklif irəli sürülməyib.

S. Novruzov bildirib ki, Qarabağ komitəsi yaransa, o halda millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək: “Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli Xalq Cəbhəsi hakimiyyəti dövründə BMT-nin mandatından çıxarılaraq, ATƏT-ə həvalə olunub”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR