NATO-nun tələbinə əsasən Azərbaycan Müdafiə Nazirliyindəki yüksək vəzifələrdən birinə mülki şəxs təyin olunacaq

NATO-nun tələbinə əsasən Azərbaycan Müdafiə Nazirliyindəki yüksək vəzifələrdən birinə mülki şəxs təyin olunacaq
# 23 dekabr 2006 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Komissiya sədri bildirib ki, doktrina MM-in yaz sessiyasında müzakirəyə çıxarılacaq və qəbul olunacaq. Z. Əsgərov Azərbaycanın hərbi sisteminin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı işlər görüldüyünü də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan NATO qarşısında götürdüyü öhdəlikləri tədricən həyata keçirir, buna görə də Azərbaycan-NATO münasibətlərində problem yaranmır: “Azərbaycanın müdafiə sahəsinin NATO sisteminə keçməsi ilə bağlı ölkənin Müdafiə Nazirliyindəki vəzifəli şəxslərdən biri mülki şəxs olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR