Faruk Loğoğlu: “Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı total mübarizəyə qalxmalıdır”

Faruk Loğoğlu: “Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı total mübarizəyə qalxmalıdır”
# 10 yanvar 2007 09:22 (UTC +04:00)
Ancaq indiki şəraitdə belə bir layihənin Konqresin gündəliyinə gətirilməsi ve səsvermədən keçməsi ehtimalı yüksəkdir. Çünki həm Nümayəndələr Palatası, həm də Senat sədrinin erməni lobbisinə bu məsələ ilə bağlı söz verdiklərini bilirik”. Bu sözləri Türkiyənin Azərbaycandakı və ABŞ-dakı keçmiş səfiri, hazırda Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Faruk Loğoğlu APA-nın Türkiyə bürosuna açıqlamasında deyib. Bununla yanaşı, təcrübəli diplomat hesab edir ki, uydurma “soyqırım”la bağlı layihənin avtomatik şəkildə qəbul edilib qüvvəyə minməsi mümkün deyil. Çünki konqresmen ve senatorlar Türkiyə-ABŞ münasibətlərinə zərbə vurmamaq üçün ən azı bu məsələ üzərində ciddi düşünəcəklər. 2007-ci ili “ara il” kimi xarakterizə edən F. Loğoğlunun fikrincə, 2008-ci il daha təhlükəli ildir. Həmin il ABŞ-da prezident seçkisi keçiriləcəyi üçün ermənilər prezidentliyə namizədlərdən vədlər qoparmağa çalışacaqlar ve buna görə də onların “soyqırım” layihəsinin qanunlaşdırılması üçün şansları artacaq. Sabiq səfir Türkiyənin bütün dövlət qurumlarının, parlamentin, siyasi partiyaların ve qeyri-hökumət təşkilatlarının qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin ABŞ Konqresinden keçməsini əngəlləmək üçün mübarizəyə qalxmasının vacibliyini vurğulayıb: “Türkiyədən heyətlər göndərib Konqres üzvlərinə həqiqətləri çatdırmaq lazımdır. Amerikadan da Ankaraya heyətlər dəvət edilməli, erməni yalanları onlara izah olunmalıdır. Çünki Konqresin bir çox üzvü bu məsələni çox səthi və ermənilərin anlatdığı nöqteyi-nəzərdən bilir. Əlbəttə, Vaşinqtondakı səfirliyimiz lazımi işləri görəcək, ancaq mübarizə total şəkildə aparılmalıdır”. Bu mübarizədə Azərbaycanla Türkiyənin öz qüvvələrini hansı şəkildə birləşdirə biləcəyi ilə bağlı suala ASAM rəhbəri belə cavab verib: “İki qardaş ölkənin dövlət qurumları ve qeyri-hökumət təşkilatları koordinasiya halında çalışmalıdır. Müştərək hədəf Konqres üzvləri ilə səmərəli iş aparmaqdan ibarət olmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR