Parlament Aparatında aparılan struktur və kadr dəyişiklikləri çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir – Milli Məclisin Mətbuat katibi vəzifəsinə Ceyhun Yusif oğlu Əliyev təyin edilib.
Milli Məclisdən APA-ya bildirilib ki, Parlamentin Sədri Sahibə Qafarova bu haqda müvafiq sərəncam imzalayıb.
Ceyhun Əliyev bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.