Deputat Tahir Mirkişili İƏT PA-nın tədbirində iştirak edəcək

Tahir Mirkişili

© APA | Tahir Mirkişili

# 22 yanvar 2022 10:54 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) işçi qrupunun iclasında iştirak etmək üçün yanvarın 24-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə Türkiyə və Pakistanın parlamentlərinin nümayəndə heyətləri də qatılacaqlar.

Toplantıda İƏT PA Katibliyinin strukturu, işçi heyətinin nizamnaməsi və səlahiyyətləri, habelə büdcəsi və maliyyələşməsi ilə bağlı sənədlər müzakirə olunacaq. İclas çərçivəsində İƏT PA-nın Üçüncü Ümumi Konfransına hazırlıq məsələləri üzrə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Səfər yanvarın 28-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR