Laçın-Xankəndi yolundan BQXK avtomobilləri maneəsiz keçid edib - VİDEO

Laçın-Xankəndi yolundan BQXK avtomobilləri maneəsiz keçid edib  - VİDEO
# 04 yanvar 2023 08:48 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

APA - nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün saat 08:43 də BQXK-ə məxsus üç avtomobil Xankəndindən Laçına maneəsiz keçid edib.

Qeyd edək ki, bu hal ilk deyil.

İstər Xankəndidən Laçına, istərsə də Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılır.

Bu addım humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR