Hikmət Hacıyev: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır"

Hikmət Hacıyev: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır"
# 21 iyul 2020 11:43 (UTC +04:00)

“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR