İqtisadiyyat naziri: "Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib, bu il hədəfimiz 25 faizdir"

İqtisadiyyat naziri: "Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib, bu il hədəfimiz 25 faizdir"
# 14 yanvar 2020 08:35 (UTC +04:00)

2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi inkişaf proqnozları bizim üçün zəruri zəmin yaradır.

APA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, istər dövlət sərmayələrinin, ilk növbədə, özəl sərmayələrin cəlb edilməsinə başlıca alət kimi yanaşılır: "Çünki dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlılığı məhz investisiyalarla bağlıdır. 2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizim əsas vəzifəmiz dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, eyni zamanda, Sizin tapşırıqlarınıza uyğun olaraq, dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır.

Tapşırığınıza uyğun olaraq, bu sahədə əldə edilmiş nailiyyətlərə əsaslanaraq xüsusilə kənd təsərrüfatında xam məhsulun mövcudluğunu və səviyyəsini nəzərə alaraq, biz 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə əlavə zəncir dəyərinin təmin edilməsi, yəni,emal sənayesinin dəstəklənməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq bunu qarşımızda prioritet vəzifə kimi görürük. Bu, eyni zamanda, bizim qeyri-neft ixracımızın coğrafiyasının, həmçinin nomenklaturasının genişləndirilməsinə və daha dayanıqlı olmasına imkanlar yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR