Sahibə Qafarova Milli Məclisin Sədri seçilib

Sahibə Qafarova Milli Məclisin Sədri seçilib
# 10 mart 2020 12:29 (UTC +04:00)

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.

APA-nın məlumatına görə, bu vəzifəyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Sahibə Əli qızı Qafarova filologiya elmləri doktoru, professordur.

Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, V çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR