® Gəncəli xanımlar da Vüsalə Muradova deyir - VİDEO

® Gəncəli xanımlar da Vüsalə Muradova deyir - VİDEO
# 05 fevral 2020 11:44 (UTC +04:00)

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova növbəti görüşünü Gəncəli xanımlarla keçirib.

Səmimi şəraitdə keçən görüşdə xanımlar Vüsalə Muradovaya şəxsən müraciət edib, fikirlərini bildiriblər.

Görüşdə xanımlar Vüsalə Muradova ilə yaxından tanış olmalarından məmnunluq hiss etdiklərini, tərcümeyi-halından, gördüyü işlərdən, danışdıqlarından onun necə bacarıqlı olduğunu ifadə ediblər. Seçicilərin məhz Vüsalə Muradovanı öz deputatları kimi görmək istədiklərini, onu seçəcəkləri təqdirdə onların qeydinə qalmalı olduğunu söyləyiblər.

Vüsalə Muradova da xanım seçiciləri təmkinlə dinlədikdən sonra seçiləcəyi təqdirdə vəzifə borcunun onların problemlərinin həll etmək olduğunu diqqətə çatdırıb. Səmimi keçən görüşdə Vüsalə Muradova 5 il sonra yenidən onların qarşısına alnıaçıq çıxmaq istədiyini dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR