Böyük Britaniyada təsis edilən “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib

Böyük Britaniyada təsis edilən  “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib
# 11 dekabr 2008 12:23 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Odlar Yurdu” qəzetinin təqdimat mərasimi keçirilib. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə 70-dən çox qonaq qatılıb. “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb. “Odlar Yurdu” qəzetinin təsis olunmasını təşkilatın daha bir nailiyyəti adlandıran İlham Nağıyev əlavə edib ki, əsas məqsədlərdən biri bu qəzeti ən qısa zamanda Avropa ölkələrindəki Azərbaycan icmalarının masaüstü qəzetinə çevirməkdir.
O, qəzetin nəşrinə göstərdiyi köməyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə “Odlar Yurdu” təşkilatını yeni layihəyə başlamaları münasibətilə təbrik edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR