London metrosunda Azərbaycanla bağlı layihə həyata keçirilib

London metrosunda Azərbaycanla bağlı layihə həyata keçirilib
  • Clock-gray 17:00
  • calendar-gray 28 Dekabr 2020

Böyük Britaniyadakı azərbaycanlı icmasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Azərbaycanın zəngin mədəniyyətini və ənənələrinə həsr olunan layihə gerçəkləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, London metrosunun 20 stansiyasında quraşdırılmış 6 lövhədə milli mədəniyyətimizin müxtəlifliyini və rəngarəngliyini əks etdirən fotoşəkillər bir-birini əvəzləyir. Bakının memarlıq abidələrinin, Qarabağ atlarının, şirniyyat nümunələrinin və Xarı bülbülün əks olunduğu fotoşəkillər "Şərqlə Qərbin görüşdüyü Azərbaycanda memarlıq sənətinin rəngarəngliyi", "Azərbaycanın Qarabağ atları", "Azərbaycanın milli mətbəxi" təqdimatları ilə nümayiş olunur.

Sərnişinlər tərəfindən maraqla qarşılanan layihənin icrasına dekabrın 20-dən başlanılıb. Layihə 3 yanvar 2021-ci ilədək davam edəcək.   

apa-logo-mini

Digər xəbərlər