Avrora Qrup “Birlik və bağlılıq” dəyərindən yola çıxaraq, əməkdaşlarının vaxtının səmərəli keçirilməsi və birliyin daha da möhkəmləndirilməsi üçün voleybol çempionatı təşkil edib.
Şirkət Azərbaycanda voleybolun inkişafı, təbliğ olunması, həm də öz əməkdaşlarının birliyinin, bağlılığının, sağlamlığının və vaxtlarının səmərəli keçirməsi üçün bu kimi aktivliklərin təşkilinə önəm verir. Çempionatın devizi “Sağlam bədəndə Sağlam ruh olar. Sağlam ruhlu insanlar sağlam komandalar formalaşdırır” olaraq seçilib.
Üç ay müddətində davam edən çempionata 8 direktorluq üzrə 16 komanda qatılıb. Məlumat üçün bildirək ki, qrup oyunları Ramada otelin ərzisində keçirilib.
I Avrora Voleybol Çempionatının final mərhələsi gərgin, amma bir o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb. Belə ki, Su İdman Sarayında keçirilən final oyunlarında "Key Account" və "Bizon Exclusive" birincilik uğrunda gərgin mübarizə aparıb. Maraqlı keçən oyunda "Bizon Exclusive" komandası 3-0 hesabı ilə qalibiyyəti rəsmiləşdirib. Üçüncülük uğrunda növbəti maraqlı oyun isə "İnzibati" və "Logistika" voleybol komandası arasında baş tutub. Qarşılaşma 3-0 hesabı ilə "Logistika" komandasının qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, qalib komandalara pul mükafatları, medal və kuboklar təqdim edilib. Ümumilikdə çempionatın büdcəsi 40 000 manat təşkil edib.
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO
23 sentyabr 2022 11:41 (UTC +04:00)
Digər növlər
Dövlət qurumlarının əməkdaşları arasında yarışın qalibləri məlum olub
17:27
22 aprel 2024
Gələn il “Formula 1”in Bakı Qran Prisi sentyabrda olacaq
16:14
12 aprel 2024
Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar
20:30
7 aprel 2024
Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb
18:45
7 aprel 2024