Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili öyrədilir

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili öyrədilir
# 22 iyul 2019 14:20 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili dərslərinin keçirilməsinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin təşəbbüsü ilə keçirilən təlimlər üç ay davam edəcək.

Marneuli, Dmanisi və Saqareco rayonlarında keçirilən təlimlərdə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin Marneuli üzrə sədri Zaza Vaşakmadze və Zvania Məktəbinin direktoru Ketevan Jakeli iştirak ediblər.

Təlimlərin dini azlıqlar arasında dövlət dilinin yayılması, cəmiyyətə inteqrasiya və tərəflər arasında ortaq fəaliyyətin gücləndirilməsi məqsədi ilə həyata keçirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR