Azərbaycan taekvondoçusu dünya çempionatı ilə vidalaşıb - YENİLƏNİB-1

Azərbaycan taekvondoçusu dünya çempionatı ilə vidalaşıb - YENİLƏNİB-1
# 01 iyun 2023 14:52 (UTC +04:00)

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, 63 kq çəkidə mübarizə aparan idmançı 1/8 finalda Tobias Hittellə (Danimarka) döyüşüb.

Rəqib 2:0 hesabı ilə qalib gəldiyində Kərimov yarışla vidalaşıb.

Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.

***

Saat. 11:27

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, 63 kq çəkidə mübarizə aparan idmançı 1/32 finalda Zakariya Muhammed Qaliyə (Səudiyyə Ərəbistanı) qalib gəlib.

O, rəqibini 2:1 hesabı ilə məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittellə (Danimarka) döyüşəcək.

Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.

***

Saat. 09:55

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü gününün döyüşlərinə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin idmançısı Xanoğlan Kərimov mundiala qələbə ilə başlayıb.

63 kq çəkidə mübarizə aparan təmsilçimiz debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. 1/64 final mərhələsi çərçivəsində baş tutan döyüş Kərimovun asan qələbəsi ilə yekunlaşıb – 2:0.

Taekvondoçumuz 1/32 finalda Zakariya Muhammed Qali (Səudiyyə Ərəbistanı) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün həmçinin qadın taekvondoçular +73 kq çəkidə qüvvələrini sınayırlar. Dünya çempionatı iyunun 4-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR