Ceyhun Hidayətlinin "Əqrəb" kitabının təqdimatı olacaq

Ceyhun Hidayətlinin "Əqrəb" kitabının təqdimatı olacaq
# 08 fevral 2023 10:33 (UTC +04:00)

˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsində 12 fevral saat 15:00-da son günlərin ən çox bəhs olunan "Əqrəb" romanının müəllifi Ceyhun Hidayətli ilə görüş və kitabın imza günü olacaq.

Kulis.az xəbər verir ki, ˝LIBRAFF˝ın "Park Akademiya" filialında keçiriləcək tədbirə giriş sərbəstdir.

Xatırladaq ki, "İctimai TV"də yayımlanan "Əqrəb mövsümü" serialının ssenarisi məhz “Əqrəb” romanının motivləri əsasında yazılıb.

Müəllif həmçinin ˝Bəyaz şeytan˝ və ˝Qapılar arasında ölüm˝ kitablarının da müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR