˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı açılıb - FOTO

˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı

© APA | ˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı

# 03 iyul 2022 10:27 (UTC +04:00)

İyul ayının 2-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Sumqayıt” filialının açılışı olub.

APA-nın xəbərinə görə, Xalq yazıçısı Çingiz Abdullayev rəsmi açılış mərasimində iştirak edib.

Sumqayıt şəhəri, 3-cü mikrarayon, Sülh küçəsi, 176B ünvanında yerləşən yeni filialın açılış mərasimi Azərbaycanın Xalq yazıçısı, məşhur detektiv ustası Çingiz Abdullayevin imza günü ilə əlamətdar olub. Bundan başqa, alıcılar filialın fəaliyyətinin ilk üç günü ərzində mağazanın bütün məhsullarını 20 faiz endirimlə almaq imkanına malik olublar.

Bu, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin sayca 7-ci filialıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR