ABŞ Avropaya qaz tədarükünü artırıb

ABŞ Avropaya qaz tədarükünü artırıb
# 28 dekabr 2021 10:15 (UTC +04:00)

ABŞ-dan Avropaya gedən və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlərin sayı həftəsonu 30%-dən çox artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" yazır.

Məlumata görə, dekabrın 24-də ABŞ-dan LNG daşıyan tankerlərin sayı 15 təşkil edib.

Vurğulanır ki, hazırda ehtimala görə Avropaya yollanan daha 14 gəmi yekun göstərişi gözləyir.

Qeyd edək ki, ABŞ-dan Qərbi Avropaya istiqamət götürən LNG tankerlərinin sayının artması Avropa İttifaqında enerji böhranının pisləşməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, ötən gün keçirilən hərracların bağlanmasında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından artıq olub. Dekabrın 21-də isə gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR