Avropada qazın qiyməti  1 200 dollar səviyyəsində qərarlaşıb

Avropada qazın qiyməti  1 200 dollar səviyyəsində qərarlaşıb
# 28 dekabr 2021 09:59 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından çox olub.

"APA-Economics"in məlumatına görə, 28 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 250 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 291 dollar) ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR