KİV: NATO yeni Baş katibini müəyyənləşdirməkdə çətinlik çəkir

KİV: NATO yeni Baş katibini müəyyənləşdirməkdə çətinlik çəkir
# 26 may 2023 19:02 (UTC +04:00)

NATO yeni Baş katibini müəyyənləşdirməkdə çətinlik çəkir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, alyans daxilində namizədlə bağlı fikir ayrılıqları mövcuddur. Agentliyin məlumatına görə, Norveçdən olan Baş katib Yens Stoltenberqin vəzifə səlahiyyətləri 9 ildən sonra bu ilin sentyabrında başa çatacaq və bu vəzifəyə fərqli ölkələr tərəfindən müxtəlif namizədlər irəli sürülür.

Bildirilib ki, Britaniyanın müdafiə naziri Ben Uolles ötən həftə vəzifəni tutmaq istədiyini ifadə edib. Lakin bir çox ölkələr Baş katib postunda qadın namizəd görmək istədiklərindən Danimarkanın Baş naziri Mette Frederiksen ona ciddi rəqibdir. Bir çox diplomat Uollesin şansının bu rəqabətdə az olduğu qənaətindədir.

Əlavə olunub ki, Fransa NATO və Avropa İttifaqını (AI) yaxınlaşdırmaq məqsədilə alyansa Aİ ölkəsindən olan baş katibin rəhbərlik etməsini istəyir və Frederiksen bütün yuxarıdakı kateqoriyalara uyğun gəlir. Adı açıqlanmayan NATO diplomatı Frederiksenin səhnə arxasında ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.

Digər ehtimallar arasında Estoniyanın Baş naziri Kaya Kallas, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Kanada Baş naziinin müavini Kristia Frilənd var. Qeyd olunub ki, Kallas bəzi üzv ölkələrə görə Rusiyaya münasibətdə olduqca sərtdir, Berlin isə von der Leyenin komissiyada qalmasını istəyir. Friləndin müdafiə xərcləri az olan qeyri-Avropa ölkəsindən olması isə onun əleyhinədir.

Digər namizədlər Niderland Baş naziri Mark Rutte və İspaniya Baş naziri Pedro Sançezdir. Lakin Rutte bu vəzifəni tutmaq istəmədiyini bildirir, Sançez isə bu ilin sonunda keçirilən seçkilərə hazırlaşmalıdır.

İndiki vəziyyətdə Baş katib Yens Stoltenberqin vəzifə müddətinin 2024-cü ildə keçiriləcək sammitdə uzadılması da mümkündür. Stoltenberq bu vəzifədə qalmağa çalışmadığını bildirsə də, ona təklif edildiyi təqdirdə necə reaksiya verəcəyi barədə bir söz deməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR