Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib

Ukrayna ordusu İran istehsalı olan 11 dronu məhv edib
# 18 mart 2023 07:55 (UTC +04:00)

Martın 17-də axşam saatlarında rus qoşunları İranın Shahed kamikadze pilotsuz təyyarələrini Ukraynaya göndərib. Hava hücumundan müdafiə qüvvələri düşmən hədəflərinin əksəriyyətini məhv edib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin “Mərkəz”, “Şərq” və “Qərb” hava komandanlıqlarının qüvvə və vasitələri mərkəzi, qərb və şərq bölgələrində müvafiq olaraq 11 hücum PUA-sını məhv edib”, - məlumatda deyilir.

Bildirilir ki, söhbət İran istehsalı olan Shahe-136/131” tipli kamikadze dronlardan gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR