“İran dayanmayacaq. Biz bütün beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“Avropa, ABŞ-da və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunu mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”, - deyə Fəzail Ağamalı bildirib.