Nazir: “Azərbaycan milli maraqlara söykənən xarici siyasət həyata keçirir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:11 (UTC +04:00)

“Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsi, prioritetləri hər zaman davamlı olub”.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Azərbaycan fəal, şəffaf, beynəlxalq hüquqa əsaslanan, milli maraqlara söykənən xarici siyasət həyata keçirir və 2022-ci ildə də bu prioritetlər əsas olaraq qalacaq. Dost, qardaş ölkələrlə münasibətləri inkişaf etdirmək, bir-birini dəstəkləmək də prioritetlərimiz sırasında olacaq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR