Alleqri: “Futbolu şeytan icad edib”

Alleqri: “Futbolu şeytan icad edib”
# 13 yanvar 2022 09:21 (UTC +04:00)

“Əsl futbol idi, nəyi bacardığımızı başa düşmək üçün yaxşı sınaq idi. Təəssüf ki, bəzən elə görünür, futbolu şeytan icad edib”.

Apasport.az saytının məlumatına görə, bunu “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri deyib.

Təcrübəli mütəxəssis “İnter”lə Superkubok görüşünün 120+1-ci dəqiqəsində buraxılan qolla uduzmaqlarını şeytanla əlaqələndirib. O, sona 5 saniyə qalmış buraxılan səhvə başqa ad verə bilməyib: “Final fitinə 5 saniyə qalmış axmaq səhv buraxdıq. Amma hazırda İtaliyada ən güclü olan komanda ilə qarşılaşırdıq və bir neçə qol imkanı yaratdıq. 5 saniyə qalmış uduzmaq üzücüdür. Amma bu qəzəbdən A seriyası, İtaliya kuboku və Çempionlar Liqasında istifadə etməliyik. Müsbət məqamlar tapmalıyıq. Komanda fiziki artırıb. İndi liqaya konsentrasiya olunacağıq”.

Qeyd edək ki, “İnter” 2:1 hesabı ilə qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR