Çempionlar Liqasının qalibi məğlub olub, "Barselona" qələbə qazana bilməyib

Çempionlar Liqasının qalibi məğlub olub, "Barselona" qələbə qazana bilməyib
  • Clock-gray 00:57
  • calendar-gray 18 Sentyabr 2019

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

APA-nın məlumatına görə, I tur çərçivəsinə 8 qarşılaşma keçirilib.

E, F, G və H qruplarında mübarizə aparan komandalar əsas mərhələyə başlayıblar. Öncə “İnter” – “Slaviya” və “Lion” – “Zenit” görüşləri baş tutub. Hər iki oyunda qonaqlar hesabı açsalar da, sonda 1:1 hesabı qeydə alınıb.

Günün ən məhsuldar oyunu Avstriyada baş tutub. Erlinq Braut Haalandın ilk 45 dəqiqəyə poker etdiyi görüşdə “Zalsburq” “Genk”i darmadağın edib.

“Ayaks” da qrup mərhələsinə böyükhesablı qələbə ilə başlayıb. Hollandiyalılar “Lill”i üstələyiblər.

Doğma azarkeşləri önünə çıxan “Çelsi” “Valensiya” ilə görüşdə məğlubiyyət acısı yaşayıb. “Benfika” isə “Leypsiq”lə qarşılaşmadan xalsız ayrılıb.

Böyük maraq kəsb edən matç Dortmundda baş tutub. “Borussiya” “Barselona” ilə oyunda qolsuz heç-heçəyə imza atıb.

“Napoli”nin “Liverpul”la görüşü də diqqət mərkəzində olub. Bu matçın taleyi ikinci yarıda qol həll olunub. İtaliya klubu evdə Çempionlar Liqasının son qalibini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura sentyabrın 18-də A, B, C və D qruplarında keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr

E qrupu
23:00. “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) – 2:0
Mertens, 82 (pen.), Lorente, 90
23:00. “Zalsburq” (Avstriya) – “Genk” (Belçika) – 6:2
Haland, 2, 34, 36, 45, Şoboşlai, 45+1, Ulmer, 66 – Lukumi, 40, Samata, 52

F qrupu 
20:55. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya) – 1:1
Barella, 90+2 – Oleyinka, 63
23:00. “Borussiya” (D, Almaniya) – “Barselona” (İspaniya) – 0:0

G qrupu
20:55. “Lion” (Fransa) – “Zenit” (Rusiya) – 1:1

Depay, 50 (pen.) – Azmun, 41
23:00. “Benfika” (Portuqaliya) – “Leypsiq” (Almaniya) – 1:2
Seferoviç, 84 - Verner, 69, 79

H qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) – 0:1

Rodriqo, 74
23:00. “Ayaks” (Hollandiya) – “Lill” (Fransa) – 3:0
Promes, 18, Alvares, 50, Taqliafiko, 62

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date