"Mançester Siti" Mateo Kovaçiçə elçi düşüb

"Mançester Siti" Mateo Kovaçiçə elçi düşüb
# 09 iyun 2023 12:52 (UTC +04:00)

"Mançester Siti" “Çelsi”dən Mateo Kovaçiçə elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə edən “şəhərlilər” London klubu ilə transferin qiymətini razılaşdırmağa çalışır.

Danışıqların müsbət yöndə davam etdiyi və xorvatiyalının yaxın vaxtlarda son İngiltərə çempionuna qoşulacağı bildirilir.

Qeyd edək ki, Premyer Liqanın son mövsümündə 27 matçda iştirak edən Kovaçiç 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR