“Neftçi” Gürcüstan yığmasının yarımmüdafiəçisini transfer edib

“Neftçi” Gürcüstan yığmasının yarımmüdafiəçisini transfer edib
# 08 avqust 2022 18:07 (UTC +04:00)

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” yeni transferi də xüsusi videoçarxla təqdim edib.

Paytaxt təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Vato Arveladzenin transferini açıqlayıb. Türkiyənin “Fatih Karagümrük” klubundan transfer olunan 24 yaşlı pleymeyker bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Gürcüstan millisinin üzvü yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vato Arveladze son olaraq 2020-2022-ci illərdə “Fatih Karagümrük”ün formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR