AFFA Azərbaycan kuboku ilə bağlı cəzaları açıqlayıb

AFFA Azərbaycan kuboku ilə bağlı cəzaları açıqlayıb
# 09 fevral 2021 13:30 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar da çıxarıb. “Səbail”lə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat cərimələnib. “Neftçi” ilə matçda 4 futbolçusuna sarı vərəqə göstərilən “Zirə” də eyni cəza alıb.

“Qarabağ”la ev oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.

“Kəpəz”lə səfər görüşündə 5 oyunçusuna xəbərdarlıq edilən “Keşlə” 800 manat cərimələnib. Bakılıların nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat ziyana düşüb.

Bu görüşdə Gəncə təmsilçisi pirotexniki maddələrdən istifadə olunduğu, həm də diktor məlumatları vaxtında vermədiyi üçün hərəsinə görə 800, yanğınsöndürən nümayəndə təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün 400 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR