Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapılıb

 Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapılıb
# 07 fevral 2021 12:12 (UTC +04:00)

Argentinanın “Qodoy-Krus” klubunun futbolçusu Santyaqo Qarsiyanın meyiti tapılıb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu öz evində ölü vəziyyətində aşkarlanıb.

Onun cəsədinin yanında odlu silah olub. Santyaqo ölümcül yaralardan vəfat edib. Polis futbolçunun özünə qəsd etdiyi ehtimalının olduğunu da açıqlayıb.

Qarsiya “Qodoy-Krus”un tarixində ən yaxşı bombardirdir. O, yüksək liqada klubun 51 qoluna imza atıb.

Qeyd edək ki, Santyaqo əvvəllər “River Pleyt”, “Atletiko Paranaense” kimi klublarda da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR