Azərbaycanı avrokubokda təmsil edəcək "Sumqayıt" problemlə üzləşib

Azərbaycanı avrokubokda təmsil edəcək "Sumqayıt" problemlə üzləşib
  • Clock-gray 12:07
  • calendar-gray 09 İyul 2020

Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Sumqayıt"da vəziyyət ürəkaçan deyil.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi və sponsor yeni mövsümün büdcəsini formalaşdırmaqda çətinlik çəkir.

Məsələ burasındadır ki, koronavirus pandemiyasının vurduğu maddi ziyana görə sponsorlar əvvəlki büdcəni vermək fikrindən uzaqdır. Bu isə "gənclik şəhəri" təmsilçisinin gələcəyini sual altına alıb.

Rəhbərlik artıq futbolçuları komandada saxlamaqda çətinlik çəkir. Əksər oyunçuların müqavilə müddəti başa çatıb və onların çoxu daha yüksək məvacib tələb edir. Eyni zamanda, yeni transferlər üçün də, demək olar ki, pul yoxdur.

Qeyri-müəyyənlik davam etdiyindən, "Sumqayıt"ın Qəbələ toplanışının tarixi də müəyyənləşdirilməyib. Həm futbolçuların, həm də məşqçilər korpusunun taleyi müəmmalı olaraq qalır. Rəhbərlik bu həftə ərzində bütün suallara cavab tapmağa çalışır. Sponsorlarla klub rəhbərliyi büdcədə anlaşa bilməsə, "Sumqayıt" ən yaxşı halda növbəti mövsüm təcrübəsiz gənc futbolçuların ümidinə qalacaq. Klubun hətta dağılmaq təhlükəsi belə var.

Qeyd edək ki, 2019/20 mövsümünü 4-cü pillədə başa vuran "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

ApaSport

Digər xəbərlər