Braziliyalı futbolçu "Çelsi"dən ayrılır

Braziliyalı futbolçu "Çelsi"dən ayrılır
# 10 mart 2020 23:22 (UTC +04:00)

"Çelsi"nin yarımmüdafiəçisi Villianın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü mövsümün sonunda komandasını dəyişəcək.

"Zadəganlar"la müqavilə müddəti mövsümün sonuna qədər olan 31 yaşlı hücumameyilli oyunçu rəhbərliyin yeni sözləşmə təklifini qəbul etməyib. Buna səbəb klubun 2, oyunçunun isə 3 illik saziş tələb etməsidir. Yayda azad agent statusu daşıyacaq Villian karyerasını başqa komandada davam etdirəcək. Hazırda onunla "Arsenal", "Bavariya" və "Tottenhem" danışıq aparır.

Qeyd edək ki, Villian cari mövsüm Premyer Liqada meydana çıxdığı 28 oyunda 5 qol, 6 assistlə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR