“Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib

“Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
  • Clock-gray 22:25
  • calendar-gray 28 Fevral 2021

İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi oyunu paytaxt Londonda keçirilib.

Apasport.az saytının məlumatına görə, Tomas Tuxelin gəlişindən sonra yüksəlişə keçən “Çelsi” ikinci pillədəki “Mançester Yunayted”i qəbul edib.

“Çelsi” matça 9, “Mançester Yunayted” isə 8 oyunluq məğlubiyyətsizlik seriyası ilə çıxıb. “Zadəganlar” buna qədər bütün turnirlərdəki son görüşlərində 7 qələbə, 2 heç-heçəlik, “qırmızı şeytanlar” isə 4 qələbə, 4 heç-heçəlik nəticəyə imza atmışdı.

“Stemford Bric”dəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Yalnız lider “Mançester Siti”dən geri qalan “Mançester Yunayted”in aktivində 50 xal varsa, 5-ci pillədəki “Çelsi” 44 xala malikdir.

ApaSport

Digər xəbərlər