FİFA VAR-ı mükəmməlləşdirmək üçün yeni sistem hazırlayır

FİFA VAR-ı mükəmməlləşdirmək üçün yeni sistem hazırlayır
  • Clock-gray 12:26
  • calendar-gray 22 Fevral 2021

FİFA VAR sistemindən məmnundur.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəsmilərindən biri texnologiyanın futbola böyük köməklik göstərdiyini açıqlayıb.

Bildirilib ki, FİFA bu sistemin daha da yüksək səviyyədə inkişafı üçün İFAB-la təmaslarını davam etdirir. Əsas məqsəd ofsaydla bağlı mübahisələri tamamilə yox etməkdir. Bu məqsədlə yarı avtomatik ofsayd texnologiyası üzərində hazırda iş görülür. Bu sistem də hazır olduqdan sonra VAR-a quraşdırılacaq və heç bir mübahisəyə yer qalmayacaq.

Qeyd edək ki, AFFA Azərbaycanda VAR sisteminin tətbiqi üçün çalışmalarını davam etdirir.

ApaSport

Digər xəbərlər