Futbol üzrə Belçika çempionatı bərpa olunmayacaq

Futbol üzrə Belçika çempionatı bərpa olunmayacaq
# 06 may 2020 18:24 (UTC +04:00)

Futbol üzrə Belçika çempionatının qalan oyunları keçirilməyəcək.

Apasport.az saytını məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan yarış vaxtından əvvəl yekunlaşdırılacaq.

Belçika Milli Təhlükəsizlik Şurası ölkədə peşəkar futbol yarışlarının iyulun 31-dək keçirilməsini qadağan edib. Bu isə yüksək liqa və ölkə kubokunun dayandırılması deməkdir. Son qərar mayın 15-də veriləcək. Həmin gün “Brügge”nin çempionluğunun rəsmiləşəcəyi, həmçinin növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarının açıqlanacağı gözlənilir.

Belçikada növbəti mövsümün avqustun 8-də başlaması planlaşdırılır.

Qeyd edək ki, daha öncə Avropanın aparıcı ölkələrindən Fransa və Niderland da eyni addımı atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR