“Qarabağ”ın hücumçusu Mahir Emreli nümunəvi addımla diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə keçirilən matçdakı qolunu hərbçilərimizə həsr edib.
Qarşılaşmanın 80-ci dəqiqəsində Şimali Makedoniyanın qapısından keçirilən 4-cü qolun müəllifi olan Emreli bunu əsgər salamı ilə qeyd edib.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən “Qarabağ” – “Sileks” oyununda təmsilçimiz 4:0 hesabı ilə öndədir.