“Real” “Boluspor”dan qapıçı alıb

“Real” “Boluspor”dan qapıçı alıb
# 28 iyul 2020 23:39 (UTC +04:00)

İspaniyanın “Real” klubu daha bir türkiyəli futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Boluspor”un 17 yaşlı qapıçısı İhsan Efe Calışı heyətinə qatıb.

İstedadlı qolkiper “Real”ın aşağı yaş komandasında özünü göstərməli olacaq. O, son günlərdə bu kluba keçən ikinci türkiyəlidir. Ona qədər “Başakşəhər”in yetirməsi Deha Sarıahmet də “Kral klubu”na keçib.

Hər iki oyunçu yaxın günlərdə Madridə yollanacaq. Onlarla peşəkar müqavilə imzalandıqdan sonra klublarına transfer məbləği ödənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR