“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir
# 28 fevral 2020 09:25 (UTC +04:00)

“Qarabağ”ın müdafiəçisi Ailton Silva komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunun mövsümün sonunda Ağdam klubundan ayrılması istisna edilmir.

Azərbaycan çempionunun yaya qədər icarəyə götürdüyü 25 yaşlı sol cinah oyunçusu müqavilə ilə məxsus olduğu “Ştutqart”a qayıtmayacaq. II Bundesliqa təmsilçisinin digər klublarda icarədə olan 7 oyunçusunun son durumu barədə araşdırma aparan “Bild” nəşri Silvanın “Qarabağ”da qalmaq ehtimalının aşağı hesab edib. Çünki almanlar mövsümün sonunda onun transferindən minimum 1,5 milyon avroluq gəlir götürmək niyyətindədirlər. Ancaq “Qarabağ”ın da həmin pulu ödəmək iqtidarında olmadığı vurğulanıb. Gələcək taleyi qeyri-müəyyən olan “sambaçı”nın yalnız “Ştutqart”a qayıtmayacağı dəqiqdir.

Qeyd edək ki, Ailton Silvanın “Ştutqart”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR