“Qəbələ” və “Neftçi”nin Avropa Liqasında potensial rəqibləri bəlli olub

“Qəbələ” və “Neftçi”nin Avropa Liqasında potensial rəqibləri bəlli olub
# 22 iyul 2019 16:13 (UTC +04:00)

Avropa Liqasının III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb.

APA-nın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Bu mərhələdə II təsnifat mərhələsinin 37 cütündə qalib gələnlər, Çempionlar Liqasının Liqa yolunda uduzan 2 komanda və yarışa bu raunddan qoşulan 13 klub mübarizə aparacaq. Püşk bu 39 duel və 13 komandanı 26 cütünü təşkil edib.

Azərbaycan klubları “Neftçi” və “Qəbələ”nin yer aldığı cütlərin də mümkün rəqibləri müəyyənləşib. Əyalət klubunun Gürcüstan “Dinamo”su (Tbilisi) ilə oyununda qalib gələn komanda “Feyenoord” (Hollandiya) ilə üz-üzə gələcək. Təmsilçimiz qalib gəlsə, ilk matçı səfərdə keçirəcək.

“Neftçi”nin Rusiya “Arsenal”ı ilə cütündə qələbə qazanan isə “Bney Yehuda” (İsrail) qalibi ilə görüşəcək. Bakılılar tur adlasa, ilk görüşü paytaxda oynayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də, III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
Əsas yol

“Norçepinq” (İsveç)/“Liepaya” (Latviya) cütünün qalibi - “Hapoel Bier-Şeva” (İsrail)/“Kayrat” (Qazaxıstan) cütünün qalibi
“Torino” (İtaliya)/"Debretsen" (Macarıstan) cütünün qalibi - “Şaxtyor” (Belarus)/“Esbyerq” (Danimarka) cütünün qalibi
“Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr)/“Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün məğlubu
“Feyenoord” (Hollandiya) - “Qəbələ” (Azərbaycan)/"Dinamo" (Gürcüstan) cütünün qalibi
“Lexiya” (Qdansk, Polşa)/"Brondbü" (Danimarka) cütünün qalibi - “Braqa” (Portuqaliya)
“Mölde” (Norveç)/"Çukariçki" (Serbiya) cütünün qalibi - “Aris” (Yunanıstan)/AEL (Limasol, Kipr) cütünün qalibi
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)/“Spartak” (Slovakiya) cütünün qalibi - “Strasburq” (Fransa)/"Makkabi" (Hayfa, İsrail) cütünün qalibi
“Tyun” (İsveçrə) - “Spartak” (Moskva, Rusiya)
"Alaşkert" (Ermənistan)/"Styaua" (Rumıniya) cütünün qalibi - “Mlada Boleslav” (Çexiya)/"Ordabasi" (Qazaxıstan) cütünün qalibi
“Pünik” (Ermənistan)/“Yabloneç” (Çexiya) cütünün qalibi - “Vulverhempton” (İngiltərə)/“Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi
“Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya)/“Progres” (Lüksemburq) cütünün qalibi
“Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya)/“Haken” (İsveç) cütünün qalibi
AEK (Kipr)/"Levski" (Bolqarıstan) cütünün qalibi - “Gent” (Belçika)/“Vitorul” (Rumıniya) cütünün qalibi
“Legiya” (Polşa)/“Kuopio” (Finlandiya) cütünün qalibi - “Dunayska Ştreda” (Slovakiya)/“Atromitos” (Yunanıstan) cütünün qalibi
“Hoqesun” (Norveç)/“Ştrum” (Qraz, Avstriya) cütünün qalibi - PSV (Holldnaiya)/“Bazel” (İsveçrə) cütünün məğlubu
“Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya)/“Çixura” (Gürcüstan) cütünün qalibi
“Qzira” (Malta)/“Ventspils” (Latviya) cütünün qalibi - "Jeness" (Lüksemburq)/“Vitoriya” (Portuqaliya) cütünün qalibi
“Vidi” (Macarıstan)/“Vaduts” (Lixtenşteyn) cütünün qalibi - “Ayntraxt” (Almaniya)/“Flora” (Estoniya) cütünün qalibi
“Konnak” (Uels)/“Partizan” (Serbiya) cütünün qalibi - “Yeni Malatyaspor” (Türkiyə)/"Olimpiya" (Sloveniya) cütünün qalibi
"Domjale" (Sloveniya)/“Malmö” (İsveç) cütünün qalibi - “Utrext” (Hollandiya)/"Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya) cütünün qalibi - “Zarya” (Ukrayna)/"Buduçnost" (Monteneqro) cütünün qalibi
“Arsenal” (Tula, Rusiya)/“Neftçi” (Azərbaycan) cütünün qalibi - “Bney Yehuda” (İsrail)
“Lütsern” (İsveçrə)/“Klaksvik” (Farer adaları) cütünün qalibi - “Espanyol” (İspaniya)/“Styarnan” (İslandiya) cütünün qalibi
“Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə)
"Honved" (Macarıstan)/"Universitatya” (Krayova, Rumıniya) cütünün qalibi - AEK (Yunanıstan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR