Bakıda ticarətlə məşğul olan Çin vətəndaşları arasında dava düşüb

Bakıda ticarətlə məşğul olan Çin vətəndaşları arasında dava düşüb
# 23 yanvar 2007 14:38 (UTC +04:00)
Bakıda ticarətlə məşğul olan Çin vətəndaşları arasında dava düşüb. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, Çin Xalq Respublikasının vətəndaşları Bakıda “Araz-Avia” Ticarət Mərkəzində ticarətlə məşğul olan Çin Yu Pin və daha 8 nəfər xuliqanlıq zəminində, öz həmvətənləri Binə qəsəbəsində kirayədə yaşayan Ku Zen və Lyu Min Bini nalayiq sözlərlə təhqir edib döyüblər. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR