BMT baş katibi İranda baş vermiş terror aktını pisləyib

BMT baş katibi İranda baş vermiş terror aktını pisləyib
# 15 fevral 2007 08:19 (UTC +04:00)
BMT baş katibi Ban Ki Mun İranda 18 nəfərin həlak olmasına səbəb olmuş terror aktını pisləyib. O bəyan edib ki, heç bir səbəb zorakılığa bəraət qazandıra bilməz. Baş katibin bəyanatını açıqlayan onun mətbuat katibi Mişel Montasın sözlərinə görə, Ban Ki Mun həlak olan şəxslərin ailə üzvləri və yaxınlarına, həmçinin İran hökumətinə başsağlığı verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR