11 sentyabr hadisələrinin təşkilatçısı Xalid Şeyx Məhəmməd: “İsrailin Azərbaycandakı səfirliyini partlatmaq üçün plan hazırlamışdım”

11 sentyabr hadisələrinin təşkilatçısı Xalid Şeyx Məhəmməd: “İsrailin Azərbaycandakı səfirliyini partlatmaq üçün plan hazırlamışdım”
# 15 mart 2007 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Pentaqon rəhbərliyi Xalid Şeyx Məhəmmədin Quantanamo hərbi bazasında terrorçuların işlərinə dair xüsusi komissiyaya verdiyi ifadələri açıqlayıb. Xalid Şeyx Məhəmməd 11 sentyabr hadisələrinə görə məsuliyyəti tam şəkildə öz üzərinə götürüb və planı başdan sona kimi özü hazırladığını deyib. “Al-Qaida”nın nüfuzlu simalarından olan Xalid Şeyx Məhəmmədə qarşı irəli sürülən ittihamnamədə 29 faktla bağlı ittihamlar öz əksini tapıb. “Al-Qaida” üzvü bu ittihamların hamısını qəbul etdiyini bildirib. Onun ittiham olunduğu hadisələr sırasında İsrailin Azərbaycandakı səfirliyini partlatmaq planını hazırlaması da var. Ümumdünya Ticarət Mərkəzinin binasında 1993-cü ildə törədilən partlayışa, 11 sentyabr hadisələrinə, iki ABŞ təyyarəsinin partladılmasına, Küveytdə törədilən terror aktına və İndoneziyada gecə klubunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürən Xalid Şeyx Məhəmməd hazırladığı, lakin həyata keçirə bilmədiyi planları da açıqlayıb. Bu planlar sırasında Kaliforniya, Çikaqo, Vaşinqton Nyu-York göydələnlərinə hava zərbələrinin endirilməsi, Hürmüz və Cəbəllütariq boğazlarında, o cümlədən Sinqapur limanında ABŞ gəmi və tankerlərinin partladılması, Panama kanalının partladılaraq sıradan çıxarılması, ABŞ-ın sabiq prezidentlərinin, o cümlədən Cimmi Karterin öldürülməsi, Nyu-York körpülərinin partladılması, Londonun Hitrou hava limanında, Biq Bendə partlayış törətmək, Nyu-York birjasının yerləşdiyi binanı partlatmaq, SƏudiyyə Ərəbistanından qaçırılacaq təyyarələrlə İsrailin Eylat kurort mərkəzinə havadan zərbə endirmək, İndoneziya, Avstraliya və Yaponiyadakı ABŞ səfirliklərinin, Hindistan, Azərbaycan və Filippindəki İsrail səfirliklərinin binalarının partlatmaq, İsrailin “El-Al” hava şirkətinin təyyarələrini qaçırmaq, Türkiyədə ABŞ, İsrail və Böyük Britaniya vətəndaşlarına hücumlar təşkil etmək, ABŞ atom elektrik stansiyalarına basqınlar, NATO-nun Avropadakı obyektlərinə zərbələr, Roma Papası II İohann Pavelə sui-qəsd etmək kimi planlar olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR