Bakıda avtomobil oğurlanıb

Bakıda avtomobil oğurlanıb
# 25 fevral 2020 12:39 (UTC +04:00)

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Buzovna qəsəbəsində yaşayan F.Dadaşov fevralın 23-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev fevralın 24-də Qala qəsəbəsinin ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR