BŞBPİ: "Papa Johns" pizza restoranına cərimə yazılmayıb

BŞBPİ: "Papa Johns" pizza restoranına cərimə yazılmayıb
# 06 iyun 2020 16:21 (UTC +04:00)

"Papa Johns" pizza restoranının sərtləşdirilmiş karantin rejimi dövrüdə fəaliyyət göstərib-göstərməməsi polis tərəfindən araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, görüntülərdəki şəxsin obyektin mühafizəçisi olduğu məlum olub.

Bu səbəbdən həmin obyektə cərimə yazılmayıb.

Qeyd edək ki, ilkin məlumatda reyd zamanı Bakının Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranın işlədiyi, buna görə də obyektin sahibinin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunduğu bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR