Bakıda motosiklet piyadanı vurub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda motosiklet piyadanı vurub, xəsarət alanlar var - FOTO - VİDEO
# 09 aprel 2020 23:15 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarət alıb. L. Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR